NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Husilər Səudiyyə Ərəbistanının hava limanına raket atdı: 26 yaralı

Oxundu: 237
Husilər Səudiyyə Ərəbistanının hava limanına raket atdı: 26 yaralı

Yəmən husiləri Səudiyyə Ərəbistanının cənub-qərbində, Əsir əyalətinin Əbha şəhərində yerləşən beynəlxalq hava limanına atəş açıb.

 

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 26 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Al Arabiya-nın Səudiyyə koalisiyasına istinadən verdiyi məlumata əsasən, raket hava limanının uçuş zalına düşüb.

 

Bildrilib ki, husilərin raket hücumu nəticəsində hava limanının binasının bir qismində dağıntılar baş verib.

 

Xatırladaq ki, məsələyə münasibət bildirən Yəmən Ordusu və husilərin bəyanatında deyilir  ki, Yəmənin hava limanları xüsusilə də paytaxt Sənanın hava limanı mühasirəyə, qadağaya və təcavüzə məruz qaldığı halda, Səudiyyənin hava limanları da hədəfə alınacaq.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxilə edir, Yəmən əhalisinin 80%-i çox ağır şərtlər altında yaşayır, gündəlik ehtiyaclardan məhrumdurlar.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system