NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hindistanda daşqın və leysanlar 200-dən çox adamın ölümünə səbəb olub

Oxundu: 51
Hindistanda daşqın və leysanlar 200-dən çox adamın ölümünə səbəb olub

Son həftə ərzində Hindistanın cənubunda, Maxaraştra, Kerala, Karnataka, Qucarat ştatlarında leysan və daşqınlar nəticəsində həlak olanların sayı 200-ü ötüb.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ölkənin bir çox bölgələrində yağış kəsilib və suyun səviyyəsi enməyə başlayıb.

 

Yerli hökumət qeyd edir ki, təbii hadisə toplam olaraq 1,2 milyon nəfərə təsirini göstərib. Daşqınların baş verdiyi ştatlarda axtarış-xilasetmə əməliyyatları davam edir.

 

Xatırladaq ki, iyunun sonunda Hindistanın cənub və qərb regionlarına musson yağışları yağıb, bir sıra yaşayış məntəqələrini su basıb. Bir neçə yüz min adam təxliyyə olunub.

 

Ekspertlərin rəyinə əsasən, bu, son 10 il ərzində Hindistan üçün ən dağıdıcı mussonlardandır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system