NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Həzrət Məsumənin Quma ilk gəlişi – Qısa tarixçə /VİDEO/

Oxundu: 236
Həzrət Məsumənin Quma ilk gəlişi – Qısa tarixçə /VİDEO/

Əhli-Beytin kəramətli xanımı Həzrət Məsumə (s.ə)

“İslaminSesi” – Bu gün rəbul-əvvəlin 23-ü Xanım Məsumənin (ə) ilk dəfə Qum şəhərinə daxil olduğu gündür.

 

Bu kəramətli Xanım, Həzrət İmam Kazımın qızı, İmam Rzanın (ə) əziz bacısıdır. Tarixi mənbələr Xanımın (ə) doğum tarixini q.173 il zil-qədə ayında Mədinə şəhərində olduğunu yazır. Həzrət Məsumə 28 il ömür sürmüş, ailəli olmamış, gənc yaşında dünyadan köçmüşdür.

 

O Kərimə Xanımın məzarı hazırda Qum şəhərindədir.

 

Xanımın (ə) Mədinədən İrana gəlmə səbəbini İmam Rzanın (ə) Mərvə gəlişi ilə əlaqələndirirlər. Beləki Abbasl xələfəsi Məmun 200-ci ildə İmamı (ə) Mədinədən Mərvə gətizdirir. Məsumə Xanım da qardaşını (ə) ziyarət üçün yola çıxır və Mərvə doğru hərəkət edir. Xanım (ə) yolda bərk xəstələnir.

 

Xanımın (ə) xəstəlik səbəbəni yolda üzləşdikləri ağır döyüş səhnəsi olur. Beləki karvan Qum şəhəri yaxınlığında Əhli-Beyt düşmənləri tərəfindən basqına məruz qalır. Demək olar ki, kişilər öldürülür. Xanımın (ə) qardaşları və qardaş balaları şəhid edilir. Bu sarsıntıdan xəstələnən xanım Məsumə (ə) yaxınlarından onu Qum şəhərinə aparmalarını istəyir.

 

Qum şəhərində Xanımı (ə) İmam Rzanın (ə) yaxın səhabəsi, alim, mühəddis Musa ibn Xəzrəc Əşəri qarşılayır. Evinə aparıb, Xanımın xidmətində durur. Lakin Xanım Məsumə (ə) bu hadisədən sonra cəmi 17 gün yaşayıb dünyasını dəyişir və həmin şəhərdə dəfn olunur.

 

 

 Beləcə hər iki şəhər: Məşhəd və Qum şəhərləri böyük elm və mədəniyyət mərkəzlərinə çevrildi. Hər il milyonlarla insan Əhli-Beytin bu iki böyük şəxsiyyətini ziyarət eidr.

 

İmam Rza (ə) Qumda Xanımı (ə) ziyarət etməyin savabına toxunaraq buyurub:

“Kim Qumda Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir” .

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system