NAMAZ VAXTLARI:
  • FƏCR 04:35
  • GÜN 06:01
  • ZÖHR 12:43
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hansı heyvanlardan qurban kəsmək olar? - Qurbanlıq barədə suallara cavab

Oxundu: 193
Hansı heyvanlardan qurban kəsmək olar? - Qurbanlıq barədə suallara cavab

Qurban bayramı İslamın mühüm əhəmiyyətə malik ayinlərindəndir. Bu gün Həzrəti İbrahimin (ə) fədakarlığının və Allahın ona və bəşərə xüsusi rəhmətinin şamil olması günüdür. Bu gün ata və oğul peyğəmbər olaraq Allah yolunda elə bir iz qoyublar ki, bəşər onun həqiqətini dərk etməkdə acizdir.

 

İslaminSesi.info - İslam ümməti bu əlamətdar günü ilahi rəhmət olaraq bayram kimi qeyd edirlər. Hər kəs istəyir ki, etdiyi əməllər və kəsdiyi qurbanlar Allahın rizasına uyğun olsun. Bunun üçün hansı heyvanlardan qurban kəsə bilərik və bu heyvanlar hansı şərtlərə malik olsun?

Qurban kəsmək vacibdirmi?

Ümumiyyətlə qurban əməli yalnız Məkkədə olanlar üçün vacibdir, ziyarətdə olmayan əhali üçün isə müstəhəb (savab) əməl hesab olunur. Məkkədə təməttö həccində olanlar üçün qurbanlıq məsələsinin xüsusi şərtləri vardır. Məkkədə olmayanlar isə bu işi ümid və savab qəsdi ilə yerinə yetirməlidirlər.

Hansı heyvanlardan qurban kəsmək olar?


Allah Təala Quranda “ənam”-dan kəsilməsini buyurb (Həcc-28-34). Ənam dörd ayaqlı heyvanlara deyilir. İslam şəriətinə görə bu heyvanlar dəvə, inək, keçi və qoyun hesab edilir. Yalnız bu heyvanlardan qurban kəsmək olar. Quş və toyuq qisindən qurbanlığ kəsilməz.

Heyvanların yaş həddi?


Dəvə gərək 5 yaşından yuxarı olsun.
İnək 2 yaşını tamam etmiş olsun.
Keçi 2 yaşını tamam etmiş olsun.
Qoyun 7 ayını tamam edib 8 yadan aşağı olmasın.

Heyvanın cinsi və keyfiyyəti necə olmalıdır?


Qurbanlıq heyvanların keyfiyyətinə gəlincə sağlam, əzaları yerində olsun. Çox qoca, kor, şikəst, buynuzu qırıq olmasın. Erkək və ya dişi olmasının fərqi yoxdur. Ola bilsin ki, erkək olması fikri Həzrəti İbrahimə (ə) endirilən qoçun erkək olmasına görədir.

Şərik olmaq olarmı?


Məkkədə olan vacib qurbanlığda şərik olmaq icazəli deyil. Amma müstəhəb olan qurbanlığda şərik olmağın eybi yoxdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system