NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçmaq qadağan ediləcək

Oxundu: 88
Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçmaq qadağan ediləcək

Gürcüstan aviaşirkətlərinin Rusiyaya uçuşları 8 iyul tarixindən dayandırılacaq.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

 

Məlumata əsasən, uçuşların dayandırmasının səbəbi — aviasiya təhlükəsizliyinin kifayət qədər təmin edilməsidir. Digər səbəb isə "Hava hərəkətlərinin təşkili üzrə dövlət korporasiyası" unitar təşkilatına aeronaviqasiya fəaliyyətilə bağlı borcun olmasıdır.

 

Xatırladaq ki, daha öncə prezident Vladimir Putin Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşu qadağan edən fərman imzalamışdı.

 

Hazırda turizm təşkilarlarına bu ölkəyə bilet satmamaq tövsiyyə olunur. Dövlət isə, oradakı Rusiya vətəndaşlarını vətənlərinə qaytarmağa çalışır.

Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına əsasən, hazırda Gürcüstanda 5-7 minə yaxın qrup şəklində və bundan iki-üç qat çox fərdi şəkildə gedən rusiyalı turistlər var.

 

Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, bu, təhlükəsizlik naminə görülən müvəqqəti tədbirdir, Gürcüstanda vəziyyət stabilləşdiyi zaman uçuşlar bərpa olunacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system