NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fələstinliləri xain, Bin Salmanı “elçi” adlandıran xanım yazar sərt tənqid olundu

Oxundu: 706
Fələstinliləri xain, Bin Salmanı “elçi” adlandıran xanım yazar sərt tənqid olundu

Səudiyyəli bir yazar, araşdırmaçı jurnalist qadın olan Suad Şammari İsraildən olan bir qrup rəsmi nümayəndə ilə görüş zamanı İsrail telekanallarına verdiyi müsahibə zamanı fələstinliləri xəyanətkar adlandırb, Səudiyyə şəhzadəsi Bin Salmanı “elçi” adlandıraraq onu ölkəsinin xilaskarı təqdim edərək tərifləyib. İsraillə heç bir düşmənçiliklərinin olmadığını bildirən Şammari bir çox körfəzlinin və səudiyyəlinin İsrailə getmək arzusunda olduğunu da bildirib.

 

“İslaminSesi” xəbər verir ki, yazıçının bu “mədhi” narazılığa səbəb olub. Hətta kraliyyət ailəsinin üzvləri belə yazıçının bu yaltaqlığını tənqid ediblər.

 

Səudiyyə şəhzadələrindən Xalid bin Pərhan Ali Səud öz twitter səhifəsində etirazını bildirərək Fələstin xalqını müdafiə etdiklərini, sionizmin əleyhinə olduğunu bildirib:

“Həm səud xalqı, həm də kraliyyət ailəsi bütünlüklə qəlbən fələstinli qardaşlarımızın sionistlər və ya digərləri qarşısında əzilməsinin və kiçildilməsinin qəti əleyhinəyik.”

 

Xalid bin Pərhan Ali Səud həmçinin səhifəsində Suad Şammarinin qara keçmişini göstərən, onun İslam peyğəmbərinə (s) layiq olmayan ifadələr işlətiyi videosunu belə paylaşaraq, yazıçını, həm də hazırkı iqtidarı tənqid sərt edib:

 “Hamı bilsin ki, biz məmləkət tarixinin müvəqqəti və çıxılmaz bir dönəmini yaşayır, bu hakimiyyət alçalmış xainlərin əlindədir. Onlar hakimiyyət kürsüsünə görə xain, qan içən caniyə dönərək ləyaqətlərini itirdilər.”

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system