NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əzəli rəqiblər bir arada - Maraqlar supergücləri birləşdirir

Oxundu: 879
Əzəli rəqiblər bir arada - Maraqlar supergücləri birləşdirir

Fərhad Mehdiyev: "Rusiyanın hazırda Çinlə əlaqələrinin yaxşı olmasına baxmayaraq, bu ölkənin qüvvətlənməsi və əhalisinin sayının getdikcə artması Ağ Ev kimi, Kremli də ciddi narahat edir"

 

Son vaxtlar okeanın o tərəfində siyasi analitiklər tərəfindən ABŞ-ın Rusiya ilə münasibətləri normallaşdırması barədə çağırışlar səsləndirilməyə başlayıb. Elə rusiyalı siyasətçilər arasında da bu çağırışlara işti münasibət göstərənlər az deyil.

 

Amerika nəşrlərindən biri rəsmi Vaşinqtonun münasibətləri normallaşdırmaq üçün Rusiya ilə müvəqqəti müqavilə imzalaya biləcəyindən bəhs edib. “Modus Vivendi” adlandırılacaq müqavilədə Pekinə qarşı koalisiya yaradılması nəzərdə tutulub. Yazı müəllifi iddia edib ki, Moskva Avropa, yaxud ABŞ-la münaqişə aparmaqda maraqlı deyil  və Rusiya tarixi baxımdan Çinlə müqayisədə Qərblə yaxınlaşmağa daha meyillidir. Məqalədə, həmçinin qeyd edilir ki, Krımın statusunun tanınması və NATO-nun regionda təsir dairəsinin məhdudlaşdırılması nəticəsində Rusiya Donbasa dəstəyini dayandıra bilər.

 

Həqiqətən də son illər Çin öz iqtisadi təcrübəsi ilə Amerikanın maraqlarına ziyan vurur. Çin gücləndikcə, Şərqi Asiyada ABŞ-ı sıxışdırır. Pekinin gücü daha da artacaqsa, o zaman başqa regionlarda da Vaşinqtona maneələr yaradacaq. Rusiyanın davranışlarına gəlincə isə, Amerikanın maraqlarına Çin qədər zərbə vurmur. Rusiya Şərqi Avropanı, yaxud Yaxın Şərqi öz təsir dairəsinə çevirmək imkanlarına belə malik deyil. O, hətta Mərkəzi Asiyada iqtisadi rəqabətdə Çinə uduzur.

 

Bəs qeyd edilən məqamları nəzərə alanda, əzəli rəqiblər olan ABŞ və Rusiyanın Çinə qarşı birləşməsi mümkündürmü? Belə bir anlaşmanın baş tutması hazırkı dünya düzənini dəyişə bilərmi?

 

"İslamınsəsi" saytına mövzu ilə bağlı açıqlama verən politoloq Fərhad Mehdiyevin sözlərinə görə, Krımın statusu əsla tanınmayacaq: "Çünki Krımın statusunu tanımaq muharibələri leqallaşdırmaq mənasına gəlir. Bu isə mümkün deyil. Amma Cinə qarsı qeyri-rəsmi bir koalisiyanın yaradılması baş tuta bilər."

ABŞ və Rusiyanın bu məsələdə bir araya gəlməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirən politoloq vurğuladı ki, Rusiyanın hazırda Çinlə əlaqələrinin yaxşı olmasına baxmayaraq, bu ölkənin qüvvətlənməsi və əhalisinin sayının getdikcə artması Ağ Ev kimi, Kremli də ciddi narahat edir: "İki superdövlət arasında koalisiya yaranarsa Çini zəiflədə, Pekini geri çəkilməyə vadar edə bilərlər. Rusiyanı yeni torpaqlar əldə etmək fikri də cəlb edə bilər. Çinin zəifləməsi ABŞ-ın da stateji maraqlarına tam uyğundur. Necə deyərlər, siyasətdə əbədi dostluq və əbədi düşmənçilik anlayışı mövcud deyil".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system