NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənistanda təyyarə qəzası: ekipaj üzvləri öldü - YENİLƏNİB

Oxundu: 121
Ermənistanda təyyarə qəzası: ekipaj üzvləri öldü - YENİLƏNİB

Ermənistan Müdafiə Nazirliyi radarlardan itən “Su-25” qırıcısının qəzaya uğradığını açıqlayıb.

"İslaminSesi.info" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı nazirliyin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” hesabında məlumat yayıb. 

O bildirib ki, qırıcı Şirak vilayətinin Maralika rayonunda qəzaya uğrayıb. Hadisə zamanı “Su-25” təyyarəsinin ekipaj üzvləri polkovnik Armen Babayan və mayor Movses Manukyan ölüb.

 

***

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi  havaya qalxandan sonra radarlardan itib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təyyarə Gümrü şəhərindəki aeroportdan saat 10:06-da havaya qalxıb. Saat təxminən 10:20-də onunla əlaqə itib.

Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system