NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ərdoğandan sərt açıqlama: Türkiyə Krımın ilhaqını TANIMIR - VİDEO

Oxundu: 638
Ərdoğandan sərt açıqlama: Türkiyə Krımın ilhaqını TANIMIR - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenskiy Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşərək bir sıra danışıqlar aparıb.

İslaminSesi-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, siyasətçilər Donbasdakı müharibəni, Krımın zəbt edilməsini, krım tatarlarının təqibi problemini, iqtisadi əməkdaşlığı, yol və hava limanlarının tikintisində əməkdaşlığı müzakirə ediblər.

 

Rəsmi mərasimdən dərhal sonra prezidentlərin "üz-üzə" danışıqları başlayıb və iki saata yaxın davam edib.

 

Ukrayna prezidenti Vladimir Zelenski Qara dəniz regionunda vəziyyəti dəyişmək üçün Türkiyəni əməkdaşlığa çağırıb.

 

O, Kiyev və Ankaranın "Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə məcbur edəcək, regiona sülh və sabitliyi qaytaracaq, krım tatarlarının azadlıq və hüquqlarını qoruyacaq, siyasi dustaqları azad edəcək" bir yol tapacaqlarına ümid etdiyini bildirib.

 

Öz növbəsində, Ərdoğan vurğulayıb ki, Türkiyə Krımın Rusiya tərkibinə daxil olunmasını qəbul etmir və krım tatarlarının hüquqlarını müdafiə etməkdə davam edəcək. Onun sözlərinə görə, Türkiyə tərəfi həmişə Ukrayna müstəqilliyini dəstəkləyəcək və ölkənin şərqində baş verən münaqişənin tezliklə sona çatacağına inanır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system