NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ənsarullah və Səudiyyə koalisiyası əsirlər haqda razılığa gəliblər

Oxundu: 58
Ənsarullah və Səudiyyə koalisiyası əsirlər haqda razılığa gəliblər

Yəmən qaynaqları Ənsarullah hərəkatı və Səudiyyə koalisiyası arasında əsirlərin mübadiləsinə dair anlaşmanın imzalanmasından xəbər veriblər.

“İslaminSesi” - İRİB-nin verdiyi məlumata görə, əsirlərin mübadiləsinə dair anlaşma sənədi bazar ertəsi günü Ənsarullah hərəkatının, istefada olan hökumətin və Səudiyyə koalisiyası tərəfindən Ərəbistan və BƏƏ nümayəndələrinin iştirakı ilə imzalanıb. 

 

Bu anlaşma sənədi bütün yəmənli, ərəbistanlı və Birləşmiş Ərəb Əmirliklərindən olan əsirləri əhatə edir. 

 

Anlaşmaya əsasən Ənsarullah hərəkatı və Səudiyyə koalisiyası arasında əsirlərin mübadiləsi bir neçə mərhələdə və zaman cədvəli əsasında həyata keçiriləcək.

 

Qızıl Xaç komitəsi əsirlərin mübadiləsində vasitəçi tərəf olacaq. 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system