NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ələkbərovun oğlu Yusuf: az qala 22 milyard dolların varisidir...

Oxundu: 283
Ələkbərovun oğlu Yusuf: az qala 22 milyard dolların varisidir...

Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusuf “Forbes” jurnalının versiyasına görə ən zəngin varisdir. Ona atasından miras qalacaq sərvətin həcmi hazırda 21.8 milyard dollar təşkil edir.

 

İslaminSesi Virtualaz.org-a istinadən  xəbər verir ki, jurnalın ən zəngin varislər reytinqində 20 rusiyalı oliqarxın 48 uşağının adları yer alıb.

 

Siyahıya əsasən ən zəngin varislər arasında ikinci yeri “NOVATEK” şirkətinin idarə heyətinin səədri Leonid Mixelsonun uşaqları gəlir. Mixelsonun iki övladı ondan hərəyə 12.2 milyard dollar olmaqla 24.4 milyard dollar miras alacaqlar. Əlbətdə, bu hələ son rəqəm deyil və Mixelson ölənə qədər onun sərvəti arta, yaxud azala da bilər.

Üçüncü yerdə isə Novolipetsk metallurgiya şirkətinin sahibi Vladimir Lisinin uşaqları qərar tutur. Milyarderin uşaqları Dmitri, Yuri və Anastasiya hərəyə 7.6 milyard dollar miras sahibi olacaqlar.

 

İlk onluqda habelə Ural Dağ-Mədən Kombinatının əsas səhmdarı İsgəndər Mahmudovun, “NOVATEK” və “Sibur” şirkətlərinin direktorlar şurasının üzvü Gennadi Timçenkonun, “Renova” korporasiyasının sahibi Viktor Vekselberqin uşaqları da yer alıb.

 

Siyahını hazırlayarkən ekspertlər milyarderin hazırkı sərvətlərini götürüblər və onu uşaqların arasında bərabər bölüblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system