NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ekspert: Badamdar sürüşmə zonası tamamilə çökə bilər

Oxundu: 111
Ekspert: Badamdar sürüşmə zonası tamamilə çökə bilər

Badamdar sürüşmə zonasında lay sınarsa, həmin ərazidə yerləşən binalar tamamilə çökəcək.

Bunu  açıqlamasında şəhərsalma məsələləri üzrə ekspert Cahangir Qocayev bildirib.

 

Onun sözlərinə görə, bunun üçün həmin ərazidə təcili mühafizə tədbirləri görülməlidir.

 

“Yoxsa Bayıl yaylasının çökməsini müşahidə edəcəyik. Torpağı su yuyub aparacaq”.

 

Cahangir Qocayev bildirib ki, keçmiş “Bayıl bazarı”nın qarşısında inşa edilən hündür binalar sökülməlidir:

 

“Yol kəsilməlidir. Əks təqdirdə ora da sürüşəcək. Bayılın adı da həmin dövrdə “torpağın bayılması” sözündən əmələ gəlib. Bayıl yaylasını eyni təhlükə gözləyir. Əvvəldən orada evlərin tikilməsinə icazə verilməməli idi. Mənim insanlara yazığım gəlir. Çünki insanlar evlərindən olacaq, dövlət də onlara kompensasiya vermək məcburiyyətində qalacaq”. 

 

“Bakının ən riskli sürüşmə zonaları Badamdar, Zığ yolu sayılır. Həmin ərazidə 16 mərtəbəli bina tikilmişdi. Daha sonra o binanın mərtəbələri azaldıldı”, - deyə qeyd edilib. 

 

Qeyd edək ki, bu barədə ilk məlumatı Movqe.az yayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system