NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Doğru danışanlarla birgə olmalı - Doğru olanlar Quran və hədislərdə

Oxundu: 146
Doğru danışanlarla birgə olmalı - Doğru olanlar Quran və hədislərdə

Doğru danışanlarla birgə olmalı - Doğru olanlar Quran və hədislərdə

"İslaminSesi" - İslam elə bir mübarək dindir ki, insanları düzlüyə və düz danışmağa dəvət edər. Quranda buna aid çox sayda ayə vardır. "Allah buyurar: "Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!"". ("Maidə" 119).

 

"Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)". ("Tövbə" 119).

"Və de: "Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!"". ("İsra" 80).

 

İslam Peyğəmbəri (s) düzlük haqqında belə buyurmuşdur: "Çoxlu namaz qılmağa və saysız-hesabsız oruc tutmağa, çoxlu həccə getməyə, bir neçə yaxşılıq etməyə və gecələri zikr üçün oyaq qalmağa çox nəzər salmayın. Ancaq daha çox düz danışmağa və əmanətdarlığa qarşı dürüst olmağa diqqət edin".

Deməli, bu ayə və hədislərdən görmək olur ki, kamil imanın nişanəsi - həmin düz danışmaqdır. İmam Sadiq (ə) buyurur: "Namaz qılmağınızın və oruc tutmağınızın tələsinə düşməyin. Ancaq onları düz danışmaqda və əmanətdarlıqla imtahana çəkin".

 

Həzrət Sadiq (ə) bu barədə başqa yerdə buyurur: "Allah Peyğəmbəri (s) düz danışmağa və əmanətə xəyanət etməmək üçün göndərmişdir".

 

Bir nəfər fəzilət əldə etmək üçün beşinci İmam Həzrət Muhəmməd Baqirin (ə) yanına gəlir. İmam (ə) ilk dərs olaraq, buyurur: "Düzlüyü, danışmaqdan əvvəl öyrənin".

İmam Sadiq (ə) dostlarından birinə belə bir müraciət göndərir. "Nəzərə al ki, Əli, Rəsullahın yanında nəyin nəticəsində bu qurb və məqama çatmışdır? Əli bu məqama düzlük və düzlük nəticəsində çatmışdır".

 

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, o kəs ki, düz danışar - düzgün iş sahibi olar. Yəni, əməli də düz olar. Altıncı İmam Həzrət Sadiq (ə) buyurur: "O kəsin ki, dili düz danışar, rəftarı pakizə olar, ya da pakizə olacaqdır".

 

Düzlük - yaxşılığın açarıdır. O kəs ki, bu gözəl xüsusiyyətə malikdir, onu şeytanın əlindən qoruya bilər. Ona müjdə vermək lazımdır ki, gözəl xüsusiyyətə malik bir insandır. Bu xüsusiyyət onu yaxşılar mənzilinə çatdıracaqdır. Pak danışıq pak qəlbdən qaynaqlanar və pak rəftara çevrilər.

 

Zərdüştdən üç kəlmə yadigar qalmışdır: yaxşı danışıq, yaxşı rəftar, yaxşı düşüncə. Gözəl danışıq yaxşı düşüncədən irəli gələr. Yaxşı düşüncə və pak qəlb olmayınca yaxşı danışıq olmaz. Yaxşı danışıq yaxşı rəftara çevrilər. Qəlbi də yaxşı edər. Yaxşı danışıq başqalarını da yaxşı insan edər. Eyni zamanda danışanın özünə də təsir edər.

 

Düz danışmaq, ruhun əzəmətindən qaynaqlanır. Düz danışan öz həqiqətini nümayiş etdirməyi eyb bilmir. Özünü olduğu kimi göstərir. Paklıq, düzlük qara nöqtə deyildir ki, aşkar olması narahatlığa səbəb olsun.

 

Düz danışan əgər nəyisə bilməsə bilməməyi özünə ar saymaz. O, başı uca halda deyər: "Bilmirəm" və sonra da həmin şeyi öyrənməyə çalışar. Düz danışanın elə bir şəxsiyyəti vardır ki, yalançı ondan məhrumdur. Düz danışanın ruhu əzəmətli və şücaətlidir. Həqiqəti deməkdən qorxusu olmaz. Düz danışan hamının etimad etdiyi insandır. Bu özü - ən böyük əzəmətdir. İmam Əli (ə) buyurur: "Düz danışın, çünki Allah düz danışanlarladır". İmamın (ə) bu sözü düz danışanlar üçün ən böyük müjdədir. Belə ki, Allah onunladır. O Allah ki, Böyükdür, ehtiyacsızdır. Qüdrəti - ən böyük qüdrətdir. Kərəmi və neməti sonsuzdur. İnsan belə bir qüdrət Sahibinin yanında özünü necə hiss edər? Sözlərlə demək mümkün deyildir. İnsan ehtiyaclıdır və ehtiyacsız bir varlığın yanında o da ehtiyacsız olar. O kəs ki, Allah onunladır, qəmi olmaz.

 

Allah Təala Quranda buyurur: "Doğruçularla bir yerdə olun".

 

İmam Əli (ə) özü düz danışan insanların ən üstünü idi. O kəs ki, özünü Quranın ardıcılı bilər, gərək Əli (ə) ilə bir yerdə olsun. Əgər düzlük dünyada hökm sürsəydi, dünya behişt olardı. Rahatlıq bütün dünyanı bürüyərdi. Bu, bir arzudur, ancaq həyata keçməsi qeyri-mümkün deyildir.

 

Allah Təala bizləri doğru danışanlarla birgə qərar versin.

Deyerler.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system