NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Oxundu: 169
DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

 

"İslaminSesi" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

 

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

 

Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system