NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cəbəli-Tariq İran tankerini 14 gün saxlayacaq

Oxundu: 127
Cəbəli-Tariq İran tankerini 14 gün saxlayacaq

Cəbəli-Tariq hökuməti dünən İran tankerinin saxlanma müddətini 14 günədək uzatmaq əmrini aldığını bildirib.

İslaminSesi-nin Trtworld-a istinadən verdiyi xəbərə görə, 4 iyul tarixində Britaniya dəniz piyadaçıları Cəbəli-Tariqdə Panama bayrağı altında Grace 1 supertankerini ələ keçiriblər. Britaniya hökuməti tankerin Avropa Birliyinin sanksiyalarından yan keçərək xam nefti çatdırmaq üçün Suriyaya yollandığını hesab edib. 

 

Bundan sonra Britaniya səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata İran gəmisinin Cəbəli-Tariqdə qanunsuz saxlanıldığı izah edilib. İran XİN əməkdaşlarının sözlərinə əsasən, Londonun ehtiyatsız və destruktiv addımları regionda vəziyyətin kəskinləşməsinə səbəb ola bilər.

 

İranın Məşvərət Şurasının üzvü Möhsün Rezai hesab edir ki, əgər Böyük Britaniya Cəbəli-Tariqdə saxladığı İran tankerini buraxmasa, buna cavab olaraq, Tehrana Britaniya gəmilərindən birini saxlamalıdır.

 


 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system