NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bütün əzaların, gözün belə “zəkatı” vardır – İmam Sadiq (ə)

Oxundu: 154
Bütün əzaların, gözün belə “zəkatı” vardır – İmam Sadiq (ə)

Lüğəti mənası çoxaltmaq, təmizlik olan zəkat, İslam şəriətində müsəlmanların bəzi təsərrüfat mallarına təyin edilmiş illik vergidir. İnsanlar bəzi mallarından şəriətin təyin etdiyi ölçüdə hissə ayırır və etiyaclı müsəlmanlara verirlər. Bu bir növ paylaşmaq, ehtiyaclı insanlarla bölüşmək mənasındadır.

  

Lakin, bəzən zəkat mənəvi anlamda da istifadə olunur. Belə ki, peyğəmbər (s) və məsum imamlardan (ə) bizə yetişən hədislərdə insanın bütün bədən üzvlərinin özünə məxsus zəkatı olduğu bildirilir. Məsələn həzrət Peyğəmbərdən (s) nəql olunan bir hədisdə ramazan ayının orucu bütün bədənin zəkatı kimi dəyərləndirilir. İnasan bu ayın orucunu tutmaqla həm Allah qarşısında ona təyin edilmiş vəzifəsini yerinə yetirmiş olur, həm də bu bir aylıq müddətdə cismi və mənəvi paklanma mərhələsi keçir.

 

İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə gözün də özünə məxsus zəkatı olduğu qeyd olunur. İmam (ə): “Gözün zəkatı ibrətlə bağmaq, onu haramlar qarşısında yummaqdır” deyə buyurur. (Misbahuş-şəriiə. Bab 20)

 

Göz insanda 5 hiss üzvlərindən biridir. Görmə insan üçün çox önəmlidir və gözün beyilə birbaşa əlaqəsi vardır. İnsanın gördükləri onun zehnində, ruhiyyəsində dərin izlər buraxır. Bu səbəbdən insanın öz nəzərlərinə (gözünə) nəzarət etməsi olduqca vacibdir.

 

Zəkatın lüğəti mənasını da nəzərə alsaq ibrətlı baxış və ya harama göz yummaq mənəviyyatın paklanmasıda insan üçün vacib amillərdən.

 

 /İslaminSesi/

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system