NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Buraxılış imtahanı verən 170 şagirdin qiymətində dəyişiklik edildi

Oxundu: 101
Buraxılış imtahanı verən 170 şagirdin qiymətində dəyişiklik edildi

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019-cu il martın 3, 10, 17 və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird (abituriyent) iştirak etmiş və şagirdlərin ümumilikdə 3042000-dən çox tapşırıq üzrə yazı işi olmuşdur. Ümumi yazı işlərinin sayı 3042000 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6084000-dən çox yoxlama işi həyata keçirilmişdir.

 

İmtahanların nəticələri aprel ayı ərzində elan olunmuş və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olmuşdur. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən ay yarım müddət ərzində 3 martda keçirilən imtahanda iştirak etmiş 37341 nəfərdən 16435 nəfər, 10 martda keçirilən imtahanda iştirak etmiş 39533 nəfərdən 7800 nəfər, 17 martda keçirilən imtahanda iştirak etmiş 32948 nəfərdən 6878 nəfər, 31 martda keçirilmiş imtahanda iştirak etmiş 7759 nəfərdən isə cəmi 848 nəfər öz cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxmışdır.

 

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərmiş və müraciətlər araşdırılmışdır. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 341 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,29%-i) 4000-dən çox tapşırıq (bütün tapşırıqların 0,13%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Onlardan 170 şagirdin (bütün imtahan verənlərin 0,15%-i,) cəmi 241 tapşırıq (bütün tapşırıqların 0,008%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilmişdir. 7 şagird bu və ya digər fənn üzrə bütün tapşırıqlardan müraciət etmiş, amma araşdırma zamanı məlum olmuşdur ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 14 şagird ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina etmiş və ya apelyasiyaya gəlməmişdir. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilmişdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system