NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu rayonlarda ahıllar üçün günərzi mərkəzləri yaradılacaq - SİYAHI

Oxundu: 69
Bu rayonlarda ahıllar üçün günərzi mərkəzləri yaradılacaq - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ahıllar üçün günərzi mərkəzləri ilk mərhələdə 10 şəhər və rayonda yaradılacaq.

 

İslaminSesi bildirir ki, Nazirlikdən  verilən məlumata görə, 4 mərkəz Bakı şəhərində, 6 mərkəz Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəranda olacaq.

 

Bu mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və digər istiqamətlərdə işlər aparılacaq.

 

Qeyd edək ki, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system