NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu il cəmi 6 abituriyent 700 bal toplaya bilər - Onları TANIYAQ

Oxundu: 148
Bu il cəmi 6 abituriyent 700 bal toplaya bilər - Onları TANIYAQ

2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunur.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Beləliklə, abituriyent müsabiqədə hər iki imtahanın ümumi nəticəsi əsasında iştirak edir.

 

Yaz qəbul imtahanlarında ümumilikdə maksimum bal toplayan abituriyent olmasa da, yay qəbul imtahanlarında bu nəticəni göstərə biləcək 6 namizəd var.

 

Onların hər biri buraxılış imtahanlarının nəticələrinə əsasən maksimum 300 bal toplayıb  və yay qəbul imtahanlarında 400 bal toplamaq şansına sahibdir.

İslaminSesi.info  xəbər verir ki, AzEdu.az yay qəbul imtahanlarında 700 bala namizəd abituriyentlərin siyahısını və onların yaz imtahanlarındakı nəticələrini təqdim edir:

Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyinin məzunu Məhəmməd Ağamaliyev – IV ixtisas qrupu üzrə 694 bal;

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları Rəşad Alpaşayev - IV ixtisas qrupu üzrə 690 bal;

Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunu Şəhriyar Səmədov - II ixtisas qrupu üzrə 680,3 bal;

Sumqayıt şəhər 22 saylı məktəbin məzunu Sərxan Həsənov – III ixtisas qrupu üzrə  675,7 bal;

Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin məzunu Murad Şərifzadə - I ixtisas qrupu üzrə 654 bal;

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Surxay Hasilov - IV ixtisas qrupu üzrə 641,9

Xatırladaq ki, abituriyentlər şəxsi seçimlərindən asılı olaraq yay qəbul imtahanlarında iştirak etməyə bilərlər.MODERN.AZ

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system