NAMAZ VAXTLARI:
  • FƏCR 04:35
  • GÜN 06:01
  • ZÖHR 12:43
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

BMT: Şimali Koreya 2 milyard dollar oğurlayıb

Oxundu: 77
BMT: Şimali Koreya 2 milyard dollar oğurlayıb

Şimali Koreya kütləvi qırğın silahının yaradılması üzrə proqramların maliyyələşdirilməsi üçün kriptoməzənnə birja və banklarına kiberhücum edərək təxminən 2 milyard dollar oğurlayıb.

İslaminSesi-nin Forklog.com-a istinadən verdiyi xəbərə görə, bu haqda Reuters BMT Təhlükəsizlik Şurasının məxfi məruzəsinə istinadən bildirir.

 

Hesabatda deyilir ki, 17 ölkədə maliyyə müəssisələrinə qarşı azı 35 hücum qeydə alınıb.

 

Ekspertlərin bildirdiyinə görə, oğurlanan məbləği izləmək çətindir.

 

Qeyd olunur ki, kriptoməzənnə sənayesi ənənəvi bank sektorundan olduqca az tənzimlənir.

 

Şimali Koreyanın BMT-dəki nümayəndələri məsələyə münasibət bildirməyiblər.

 

ABŞ Dövlət departamenti isə xarici əməkdaşlarını KXDR-in kiberhücumlarından qorunmaq üçün lazımi tədbirlər görməyə çağırıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system