NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

BDU-nun 300-ə yaxın tələbəsi şikayət etdi

Oxundu: 140
BDU-nun 300-ə yaxın tələbəsi şikayət etdi

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

 

İslaminSesi Modern.az - a istinadən xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin imzaladığı əmrə uyğun olaraq imtahan sessiyası iyunun 3-də başlayıb, iyulun 2-də başa çatacaq. 21 iyun 2019-cu il tarixinədək ayrı-ayrı fənlər üzrə 60 000-dək tələbə və magistrant imtahanlarda iştirak edib. Bakalavriatura səviyyəsində SABAH qrupları da daxil olmaqla 2405 qrupda imtahanlar keçirilib. İmtahanların şəffaf və obyektiv keçirilməsinə daimi nəzarət edilir, nizam-intizam qaydalarını ciddi şəkildə pozan tələbələr haqqında müvafiq tədbirlər həyata keçirilir.

 

Universitetin Qazax filialında da imtahan sessiyası davam edir. İyun ayının 3-dən start götürən imtahan sessiyasında 17 ixtisas üzrə bütövlükdə 1014 tələbə iştirak edir. İmtahan başa çatan gün onun nəticələri tələbələrə dərhal elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir.

 

BDU-da Yekun Dövlət Attestasiyası da davam edir. İndiyədək 5000-dən artıq tələbə və magistrant yekun dövlət imtahanlarında və ya buraxılış işinin müdafiəsində iştirak edib. Bundan əlavə, 300-ə yaxın passiv tələbəyə akademik borclarının ləğvi məqsədi ilə yenidən imtahanlarda və ya Yekun Dövlət Attestasiyasında iştirak üçün şərait yaradılıb. Fiziki imkanları məhdud olan 20-yə yaxın tələbəyə imtahan zamanı xüsusui şərait yaradılıb, onlar imtahanları sifahi-dialoq formasında verirlər.

 

Rektorun müvafiq əmri ilə imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etmək və bu barədə tədbir görülməsi məqsədilə yaradılmış Qərargaha imtahan yazı işlərinin təkrar yoxlanılması, nəticədən narazılıq, qrup şəklində müraciət edənlərin ümumi sayı bu günədək 300-ə yaxın olub. Qərargahda 50-ə yaxın imtahan yazı işlərinə aid müsbət qərarlar qəbul edilib. Qərargaha müraciət edənlər keçən illə müqayisədə azalıb ki, bu da imtahan prosesinin düzgün təşkili nəticəsində mümkün olub.

 

Bununla yanaşı, məzunların ixtisaslar üzrə işlə təmin olunması istiqamətində də işlər aparılır. Belə ki, müvafiq strukurlarla görüşlər təşkil olunur, şirkət rəhbərləri universitetə dəvət olunaraq vakansiyalar haqqında məlumat verirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system