NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Barselona" dünya çempionunu satacaq

Oxundu: 274

İspaniyanın "Barselona" futbol komandası müdafiəçi Samuel Umtitinin transferi haqda təklifləri dinləməyə hazırdır.

İslaminSesi-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Goal.com yazır.

 

Qeyd olunur ki, Kataloniya klubu 70-90 milyon avro müqabilində fransız futbolçuyla vidalaşmağa hazırdır.

 

Futbolçunu əldə edəcək əsas namizəd İngiltərənin "Mançester Yunayted" komandası hesab edilir.

 

Umtitinin gedişi "Barselona"nın "Ayaks" müdafiəçisi Matteys de Liqti almaq üçün böyük məbləğdə pula ehtiyacı olmasıyla bağlıdır.

 

Jurnalistlərin məlumatına əsasən, hazırda klub "Kamp Nou" meydançasını yenidən qurmağı planlaşdırdığına görə, hollandiyalı futbolçunu almaq üçün kifayət qədər vasitə malik deyil, lakin Umtitinin satılması pul qazanmağa imkan yaradacaq.

 

Xatırladaq ki, Umtiti 2018-ci ildə dünya çempionu olmuşdu. O, 2016-cı ildə Fransanın "Leon" klubundan İspaniyaya köçəndən bəri "Barselona" tərkibində oynayır. Bu mövsümdə o, diz travmasına görə komandanın əsas tərkibindən kənarlaşdırılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system