NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda universitetdə qan töküldü

Oxundu: 108
Bakıda universitetdə qan töküldü

Azərbaycan Pedaqoji Universitetinin tələbəsi 1996-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaqlanıb.

"İslaminSesi.info" -nın məlumatına görə, hadisə ötən gün, dekabrın 3-də baş verib.

 

Yaralı təcili olaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan verilən məlumata görə, xəstəyə ilkin yardım göstərildikdən sonra onu Kliniki Tibbi Mərkəzə köçürüblər.

 

Kliniki Tibbi Mərkəzdən isə deyiblər ki, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlunun vəziyyəti orta ağır olaraq qalır:

 

“Xəstə dünən belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi müdaxilələr olunub. Hazırda xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qalır”.

 

Azərbaycan Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovun  verdiyi məlumata görə, hadisə dünən universitet daxilində yaşanan insident zamanı qeydə alınıb:

 

“Universitetin Fizika və Texnologiya fakültəsinin tələbəsi İbrahimov Rəşad Akif oğlu ilə Filologiya fakültəsinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu arasında mübahisə yaşanıb.

 

Mübahisə zəminində Rəşad Yusifə bıçaqla xəsarət yetirib. Hazırda məsələ polis tərəfindən araşdırılır. Araşdırmanın nəticələrindən asılı olaraq, hər iki tələbə haqqında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfindən qanunvericiliyin normalarına uyğun olaraq ölçü götürüləcək”.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system