NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda sıxılmış təbii qazla işləyən ilk sərnişin avtobusları istismara veriləcək - FOTO

Oxundu: 197
Bakıda sıxılmış təbii qazla işləyən ilk sərnişin avtobusları istismara veriləcək - FOTO

“Xaliq Faiqoğlu” şirkəti Bakıda ilk dəfə olaraq sıxılmış təbii qazla (CNG) işləyən avtobusları istismara verəcək.

 
Şirkətdən verilən məlumata görə, AVRO-6 standartlarına cavab verən test “İsuzu Citiport CNG” avtobusu 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci “Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi”ndə nümayiş etdiriləcək.
 
Sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.
 
Şirkətdən həmçinin bildirib ki, müəssisə 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini Bakıya gətiriləcək.(apa)
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system