NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa edildi

Oxundu: 148
Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa edildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib.

Bunu açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

Xatırladaq ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb. Bu, kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədar idi.

 

Qeyd edək ki, 2018-ci ildə SOCAR Şimal (Bakı-Novorossiysk) neft kəməri ilə 1 298,8 min ton həcmində xam neft ixrac edib. Bu isə 2017-ci ilin göstərici ilə müqayisədə 199,7 min ton azdır.

 

Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur.

 

Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system