NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Azərenerji" ötən ay 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib

Oxundu: 100

Bu ilin noyabr ayında “Azərenerji” ASC 1,965 mlrd. kVt/saat həcmində elektrik enerjisi istehsal edib.

 

İslaminSesi bildirir ki, bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

 

Xatırladaq ki, ötən ilin noyabr ayında bu rəqəm 1,73 mlrd. kVt/saat olub.

 

“Ay ərzində ölkə enerji sisteminin əlaqəli olduğu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Hazırda energetika sektorunun əsas subyektlərindən olan “Azərenerji” qarşısında müəyyən edilən yeni prioritetlər və hədəflər əsasında “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə işlənib hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı” çərçivəsində aparılan fundamental yenidənqurma tədbirləri və genişmiqyaslı müasirləşdirmə prosesi sürətlə davam etdirilir”, - deyə o, qeyd edib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system