NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda ilk dəfə banan yetişdirilib - VİDEO

Oxundu: 309
Azərbaycanda ilk dəfə banan yetişdirilib - VİDEO

Azərbaycanda ilk dəfə olaraqKürdəmir rayonundabanan yetişdirilib.

 

"İslaminSesi" xəbər verir ki, rayonunŞüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.

 

Təsərrüfat sahibi "Report"un yerli bürosuna bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib: "Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam. Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağacəkdiyim dekorativ ağacların içərisindətəsadüfənyetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəniyetişdirməyə çalışdım. Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər".

Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system