NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan millisi Bakıda Slovakiyaya böyükhesabla məğlub olub

Oxundu: 107
Azərbaycan millisi Bakıda Slovakiyaya böyükhesabla məğlub olub

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

İslaminSesi "Report" a istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektik Slovakiyanı qəbul edib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib.

 

Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

 

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var.

 

E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system