NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avropa daha ABŞ-ın nazı ilə oynamaq istəmir

Oxundu: 837
Avropa daha ABŞ-ın nazı ilə oynamaq istəmir

Əhəd Məmmədli: “Birləşmiş Ştatların İranla nüvə razılaşmasından çıxması, sanksiyaları bərpa etməsi Avropanın büdcəsinə kifayət qədər ciddi zərbə vurub”

 

Son vaxtlar avropalı siyasətçilər mütəmadi olaraq Avropa İttifaqının (Aİ) vahid ordusunun qurulması təklifi ilə çıxış edirlər. Bu təklif daha çox alman siyasətçiləri tərəfindən bəyənilir. Almaniya kansleri Angela Merkel deyib ki, Avropaya mükəmməl ordu və silahlanma lazımdır. Eyni zamanda, Avropa ABŞ-ın təhlükəsizlik sistemindən və silahlarından asılılıqdan qurtulmalıdır. Fransa prezidenti Emmanuel Makron isə bu günlərdə daha da uzağa gedərək ABŞ-dan asılı olmayan Ümumavropa ordusu yaratmaq barədə konkret təklif irəli sürüb: “Əsl ordu qurmasaq avropalıları qoruya bilməyəcəyik. Bizim Birləşmiş Ştatlar olmadan da özünü müdafiə edə bilən Avropamız olmalıdır. Avropanın Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan da müdafiə olunması üçün orduya ehtiyacı var".
Siyasi ekspertlərə görə, Rusiya indiki vəziyyətində Avropaya aşkar hücum etmək imkanına malik deyil. Çinin iqtisadi maraqları da bunu istisna edir.

 

Bəs indiki məqamda ABŞ Avropa üçün hansı təhlükə yarada bilər? Əgər NATO-da Avropa ölkələri böyük əksəriyyət təşkil edirsə, Makronun vahid ordu yaratmaq çağırışının arxasında nələr dayanır?

 

"İslamınsəsi"nin sualını cavablandıran politoloq Əhəd Məmmədli qeyd etdi ki, Makronun təklifi arxasında Trampın Avropadan müdafiə xərclərini ödəmək tələbi dayanır: "Birinci və ikinci Dünya müharibələrindən sonra Avropa ABŞ və Rusiya arasında nüfuz dairəsinə bölündü. SSRİ dağılandan sonra bu nüfuz dairəsi tamamilə ABŞ- ın əlinə keçdi. Putin hakimiyyətə gəldikdə isə Rusiya revanş siyasəti aparmağa başladı. Krımın və Donbasın işğalı avropalıları ciddi həyəcanlandırdı. Tramp prezident seçiləndən sonra avropalılara açıq söylədi ki, biz daha sizi havayı qoruyan deyilik, müdafiənizə pul xərcləyin. Başqa sözlə desək, ABŞ prezidenti Donald Tramp, avropalılar üçün xoşagəlməz hesab edilən Alyansın hərbi xərcləri üçün hər ölkənin ÜDM-nin 2%-ni ödəməli olduğu barədə mövzunu yenidən qabartdı. Belə ki, 2014-cü ildə Uelsdə keçirilən NATO zirvəsində qəbul edilən qərara görə, NATO üzvü olan ölkələr ÜDM-nin 2%-dən az olmamaq şərtilə ümumi müdafiə xərclərinə vəsait ayırmalı idi. Avropa İttifaqının 28 üzvündən 22-si NATO üzvüdür. Bu müraciət tarixinə qədər isə yalnız 8 NATO ölkəsi öz müttəfiqlik öhdəliklərini yerinə yetirirdi. Görünən odur ki, avropalıların nazı ilə oynamağı sevməyən Trampın hərbi borcların ödənməsi ilə bağlı tələbləri ümumi ordu ideyasını gündəmə gətirib”. 

 

Politoloqun sözlərinə görə, əslində Avropa ABŞ-ın olmadığı NATO-dan çıxmaqda maraqlı deyil. Yəni Avropa NATO-ya qarşı deyil, ABŞ-ın və ya Trampın hegemonluğuna qarşıdır: “Tramp Avropanın NATO-dakı iştirakına görə ABŞ-a yaranan çoxmilyardlıq borcunu tələb edərkən, Avropa şirkətlərinin İranda və Rusiyada itirdikləri milyardlarla vəsaiti nədənsə hesaba almır. Buna görə də ABŞ hegemonluğu son zamanlar Avropanın səbrini daşırır. Almaniya kansleri Merkel isə "Avropa artıq ABŞ hərbi çətirinə arxalana bilməz" deməklə bunu bir daha açıq büruzə verdi. ABŞ-ın İranla nüvə razılaşmasından çıxması, sanksiyaları bərpa etməsi Avropanın büdcəsinə kifayət qədər ciddi zərbə vurub. Amma reallıq budur ki, Avropa istəsə də, istəməsə də bu gün onun təhlükəsizliyi Şimal Alyansından asılıdır. Avropa isə imumi ordu ideyasını ortaya atmaqla, bu aslılıqdan qurtarmağa çalışır. Bütün bunlar Makronun vahid Avropa ordusu qurmaq çağırışının arxasında duran səbəblərdir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system