NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Avroatlantik alyans "çat verir" – Almaniya ABŞ-ı Hörmüz boğazında və heç yerdə dəstəkləməyəcək!

Oxundu: 86
Avroatlantik alyans

Bu, Berlinin Vaşinqtona yönəlik ilk demarşı deyil - 2003-cü ildə Almaniya İraqa qarşı müharibədə iştirakdan imtina edib

İslaminSesi. Öz kursunu yeritmək üçün Berlinin gücü çatmır, müttəfiqlik üçün Amerika Birləşmiş Ştatlarına (ABŞ) əvəz axtarmaq isə çətin məsələdir.

Almaniya və ABŞ arasında münasibətlər artq çoxdan «buludsuz» deyil – laxlamalar Donald Tramp hakimiyyətə gələndən sonra başlayıb. Bu barədə «Der Spiegel»-in şərhçiləri Forian Hatmann və Ralf Hoykrix yazırlar.


Məsələn, Barak Obamanın hakimiyyəti illərində casus qalmaqalı yaşandı – alman vətəndaşların, Angela Merkel də daxil olmaqla, kütləvi halda dinlənildiyi məlum oldu. Bundan başqa, Berlin Barak Olamanın Rusiyaya yönəlik sərt xəttini qəbul etmədi, həm də ticarət sazişinə yönəlik ABŞ prezidenti ilə fikir ayrılığına gəldi.


Buna baxmayaraq, transatlantika ittifaqındakı alman tərəfdaşlar həmişə bunda əmin olublar ki, Almaniya ABŞ-ın başçılıq etdiyi hərbi əməliyyatlardan boyun qaçırmayacaq. Amma indi situasiya dəyişib – hətta Berlin-Vaşinqton oxunun ən qızğın tərəfdarları belə, Hörmüz boğazından keçən ticarət yollarının qorunması istiqamətində ABŞ-ın hərbi missiyasında bundesverin iştirakının əleyhinə çıxış edirlər.


«Əgər Almaniya və ya Avropa İttifaqı (Aİ) ABŞ-ın əməliyyatlarında iştirak edərsə, o zaman onlar bölgədə Vaşinqtonun siyasətini dəstəkləmiş olarlar» – deyə, AFR-in sabiq xarici işlər naziri Ziqmar Qabriyel bəyan edib.


Xristian Demokratik İttifaqından (XDİ) olan deputat Roderix Kizevetter qeyd edib ki, ABŞ-ın əməliyyatı bu ölkənin İran nüvə sazişindən çıxmasından başlanıb, odur ki, bu addımın Almaniya tərəfindən dəstəklənməsi düzgün olmazdı. Nəticədə, Almaniya ABŞ-ın əməliyyatında iştirakdan imtina edib. Bu isə göstərir ki, Donald Tramp Almaniyanın siyasətinə öz sələflərinin hamısından güclü təsir göstərib.


«Der Spiegel»-in şərhçilərinin qeyd etdiyi kimi, bu, Berlinin Vaşinqtona yönəlik ilk demarşı deyil – 2003-cü ildə Almaniya İraqa qarşı müharibədə iştirakdan imtina edib. Ancaq o zaman hər şey «Biz, daha sizin tələb etdiklərinizin hamısında iştirak etməyəcəyik» – devizi altında baş verirdi, indi isə deviz belə səslənir: «Biz, yalnız sizin iştirak etmədiklərinizdə iştirak edəcəyik».


Hatmann və Noykrixin yazdığına görə, problem ondan ibarətdir ki, Almaniyanın oriyentirlərinin bunca sərt dəyişməsi üçün onun resursları çatmır. Bəs, başlıca müttəfiq qismində ABŞ-ı kim əvəzləyəcək? Hələlik Böyük Britaniyaya ümid bəsləmək omaz. Nəzərə almaq lazımdır ki, Boris Consonun dövründə London Vaşinqtonun siyasətinə oriyentasiya edəcək. Fransaya gəlincə, bu dövlət Avropa maraqlarını birgə qorumaq məsələsində Almaniyanın qərarlı oldğuna tam əmin deyil.


Hələlik o da aydın deyil ki, Berlin Hörmüz boğazında ümumavropa missiyasını dəstəkləyəcəkmi? Yalnız bircə məsələ aydındır: Almaniya ABŞ-ın Hörmüz boğazandakı əməliyyatında iştirak etməyəcək. Bu isə sözün gerçək mənasında, avroatlantik alyansın çat verməsi anlamına gəlir. Bir güc mərkəzi artıq dağılmaq üzrədir.

/AzPolitika.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system