NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Astarada 7 nəfəri dişləyən canavar quduz imiş

Oxundu: 126
Astarada 7 nəfəri dişləyən canavar quduz imiş

Astara rayonunun Şüvi və Züngüləş kəndlərində 7 nəfəri yaralayan canavar quduz imiş.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org-a xəbəri təsdiqləyib. Onun sözlərinə görə, canavarın başında quduzluq xəstəliyinin daşıyıcısı aşkarlanıb.

 

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev isə sayta açıqlamasında deyib ki, ötən gün Bakıdan mütəxəssis dəvət edilib. “Hazırda yaralanan 7 nəfərin müalicəsi davam edir, onlara protokola uyğun quduzluq əleyhinə peyvənd vurulub. Paytaxtdan gələn mütəxəssis də müalicənin gedişinə nəzarət etdi, prosesin protokola əsasən aparıldığını təsdiqlədi”, - baş həkim söyləyib.

 

Əliyev onu da əlavə etdi ki, xəstələrin birində təzyiqin yüksəlməsi müşahidə edilib, amma bu, quduzluğun əlaməti deyil. Sadəcə olaraq, canavarın quduz olduğu müəyyənləşəndən sonra xəstələr, yaxud onların yaxınları narahat olurlar, təşviş yaranır: “Quduzluğun dünyada müalicəsi yoxdur, amma xəstələrdə hələ ki təhlükəli vəziyyət, quduzluğa yoluxma aşkarlanmayıb, bu isə müalicənin düzgün yerinə yetirildiyini söyləməyə əsas verir”.

 

Qeyd edək ki, hadisə noyabrın 29-da səhər saatlarında baş verib. Şüvi kəndinin mərkəzi küçəsinə kimi gələn canavar yolda olan sakinlərə hücum edib, 4 nəfər yaralanıb. Sonra yaxınlıqdakı Züngüləş kəndinə üz tutub, orada da 3 nəfərə xəsarət yetirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system