NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP hakimin qərarını qəddarlığın acı nümunəsi saydı

Oxundu: 406
AİP hakimin qərarını qəddarlığın acı nümunəsi saydı

Azərbaycan İslam Partiyası hakimin qərarını qəddarlığın acı nümunəsi saydı

 

AİP Nardaran hadisələrinə görə həbs edilən və həbs zamanı fiziki sağlamlığını tam itirən, iflic vəziyyətində yaşayan Əbulfəz Bunyatovun kasasiya şikayətinə baxan Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılan qərarı humanizm duyğularından çox uzaq, ədalətsiz, insanlığa zidd qərar hesab edərək etirazını bildirdi. Partiyanın mətbuat bürosundan "İslaminSesi"nə verilən məlumata əsasən etirazda deyilir:


“Belə qərarı yalnız bəşəriyyət üçün qorxulu və olduqca təhlükəli insanlar haqqında qəbul edir, qüvvədə saxlayırlar. Amma cəmiyyətə bəllidir ki, həbsin qeyri-peşəkarlıqla həyata keçirilməsi nəticəsində Ə.Bunyatov bütün sağlamlığını itirmiş və iflic vəziyyətində məhbus həyatını yaşamaqdadır. Bununla Azərbaycan məhkəməsi dünya və bütün bəşəriyyətə yaxşı olmayan, ikrah, dərin təəssüf və təəccüb doğuran nümunə göstərir. Ali Məhkəmə hakimlərinin kasasiya şikayətinə baxaraq Ə.Bunyatov haqqında qəbul etdikləri qərarı humanizm duyğularından çox uzaq, ədalətsiz, insanlığa zidd qərar kimi qiymətləndirmək olar. Müharibələr zamanı hərbi düşərgələrdə əsirlər barədə hətta belə qərarlar qəbul edilmirdi. Hesab edirik ki, qərar hakim dairənin məhkəmə hökmlərinin humanistləşdirilməsi istiqamətində verilən tapşırıqların tam əksidir. “

 

Azərbaycan İslam Partiyası

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system