NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ İranı 120 000 HƏRBÇİ göndərməklə təhdid etdi

Oxundu: 700
ABŞ İranı 120 000 HƏRBÇİ göndərməklə təhdid etdi

Amerika məmurları İranla münasibətlərin daha da gərginləşməsi ehtimalına qarşı ABŞ-ın qurduğu yeni planının detallarını açıqlayıblar.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda New York Times yazır.

 

Plan 9 may tarixində, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə əsas köməkçilərinin görüşü zamanı Pentaqon başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan tərəfindən təqdim olunub.

 

Nəşrin məlumatına görə, plan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun xahişi ilə tərtib olunub.

 

Plana əsasən, əgər İran nüvə silahının hazırlamasını sürətləndirsə və ya ABŞ qüvvələrinə hücüm etsə, Pentaqon 120 minə yaxın hərbçini Yaxın Şərqə göndərəcək.

 

Qeyd olunur ki, göstərilən say planla tanış olanların çoxunu təəccübləndirib: 2003-cü ildə İraqa da təxminən elə bu qədər hərbçi göndərilmişdi. Lakin hazırda İrana qarşı qurudan müdaxilə planlaşdırılmır. Belə əməliyyat üçün daha böyük qoşunlara ehtiyac var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system