ABŞ-ın məqsədi hamını idarə etməkdir
Oxundu: 1496
11:20, 13.11.2018
Nəzakət Məmmədova: “Makronun planı baş tutarsa Atlantizm düşərgəsi parçalana, dünyada gərginlik arta və bu, müasir dünyada çoxqütblülüyə, güc mərkəzləri arasında qarşıdurmaya səbəb ola bilər”
Son zamanlar Avropa və ABŞ arasında fikir ayrılıqlarının dərinləşdiyi barədə Qərb KİV-lərində tez-tez məlumatlar verilir.
Belə ki, Vaşinqtonla Brüssel arasında müxtəlif sahələrə aid narazılıqların meydana gəldiyi vurğulanır. Ekspertlər xüsusilə, Avropanın Rusiya, Çin və İranla əlaqələrinin tərəflər arasında mübahisə obyektinə çevrildiyini də qeyd edirlər. Rəsmi Vaşinqtonun İran və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən dərəcədə Avropanın enerji şirkətlərinə də mənfi təsir göstəriri.
Avropanın tanınmış politoloqlarına görə, Ağ Evin İran, Rusiya və digər ölkələrə sanksiyalar tətbiq etməkdə əsas məqsədi bu ölkələri iqtisadi baxımdan çökdürməklə yanaşı, həm də Avropa ölkələrini özündən asılı vəziyyətə salmaqdan ibarətdir. Bu siyasi mənzərə bir daha sübut edir ki, Avropanın ABŞ-dan qaçma meylləri güclənməkdədir. Və bu məkan dollardan asılılığı aradan qaldırmaq üçün yollar axtarır (hərçənd avro da istənilən nəticəni vermədi).
Bundan əlavə Avropa təhlükəsizlik məsələsində də artıq Birləşmiş Ştatlara etibar etməyib, tam olaraq özünə güvənməyə çalışır.
Bütün bunların fonunda Avropa sözügedən istiqamətlərdə ciddi uğurlu nəticələr əldə edə bilərmi? Bu halda ABŞ-ı nələr gözləyir?
"İslamınsəsi"nin əməkdaşı bu suallarla politoloq Nəzakət Məmmədovaya müraciət edib. Onun sözlərinə görə, Amerika ilə Avropa arasında münasibətlərdə yeni problemlər yetişdiyi açıq hiss olunur: "Hazırda Avropanın ABŞ və Rusiya ilə mövqelərinin uzlaşmaması, Avropanın dünya siyasətində müstəqil güc balansı təşkil edən mərkəz qismində çıxış etməsi prosesi müşahidə olunur. Soyuq müharibə illərində Avropanı ruslardan ABŞ qoruyurdu və bu məqsədlə NATO yaradılmışdı. Lakin hazırda ABŞ ilə Avropa arasında bir sıra ziddiyyətlər var. Biz son vaxtlarda Qüdsün İsrailin paytaxtı elan olunmasına Avropanın etirazı, İrana qarşı sanksiyalara Avropa ölkələrinin qoşulmaması kimi halları müşahidə edirik. Artıq Avropa və ABŞ eyni düşərgədən uzaqlaşmaqdadırlar. Çinlə Avropa yaxın ticarət əlaqələri yaratmaqla ABŞ-ın hegemon mövqeyini zəiflətməyə ümid edirlər. Üstəlik, prezident Tramp dəfələrlə Avropa ölkələrini təhdid edərək, üzvlük haqlarını artırmayacaqları təqdirdə ABŞ-ın onları müdafiə etməyəcəyini bildirib.
Belə olan halda Avropanın bəzi ölkələri öz hərbi-siyasi blokunu yaratmaq barədə təkliflər səsləndirir. Onlardan biri də Fransa prezidenti Makrondur. Onun bu təklifi Atlantizm daxilində narazılığı artıracaq. Çünki ABŞ, xüsusilə Pentaqon, hərbi-silah konsernləri buna qarşı çıxacaq. Onlar NATO-nun möhkəmlənməsi, genişlənməsi kursunu əsas götürür, Alyansın zəifləməsini istəmirlər. Fransa Avropa Birliyində daima anti-Amerika mövqeyi ilə seçilən dövlət olub. O, daima ABŞ-ın Avropa işlərinə müdaxilənin əleyhinə çıxış edib. Bu plan baş tutarsa Atlantizm düşərgəsi parçalana, dünyada gərginlik arta və bu, müasir dünyada çoxqütblülüyə, güc mərkəzləri arasında qarşıdurmaya səbəb ola bilər".
DİGƏR SİYASƏT XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Azərbaycanın hərbi nümayəndə heyəti İranda ordu akademiyasına baş çəkib 16:29, 20.02.2019
-
Sionizmin Yaxın Şərq projesi – İran-Türkiyə birliyi məkrli planı poza bilər 14:39, 20.02.2019
-
Maduro Quaydonu Venesuelada seçki elan etməyə çağırdı 10:11, 20.02.2019
-
Varşava Konfransının məqsədi Yaxın Şərqi yenidən bölməkdir – Zaxarova 11:18, 19.02.2019
-
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı 21:56, 18.02.2019
-
Səudiyyə Ərəbistanı və BƏƏ Yəmən camaatını Britaniya silahıyla qırıb - Britaniyalı deputat 14:44, 18.02.2019
-
Pakistan Hindistandan səfirini geri çağırıb 11:55, 18.02.2019
-
Almaniya Rusiyaya qarşı sanksiyaları dəstəklədi 14:48, 16.02.2019
ŞƏRH YAZIN