NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“ABŞ-da seçki qabağı yeni sürprizlər ola bilər” – Vüqar Bayramov

Oxundu: 46
“ABŞ-da seçki qabağı yeni sürprizlər ola bilər” – Vüqar Bayramov

“Yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq hələ də strateji məhsulların qiyməti təzyiq altındadır”

“Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-ə planlaşdırılan tarif artımlarını təxirə salması qlobal birjalara təsirsiz ötüşmədi. Neft daxil olmaqla strateji məhsulların qiymətlərində artımlar müşahidə edildi”.

İslaminSesi xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib.

 

İqtisadçının sözlərinə görə, Ağ Ev ticarət müharibəsinin yumşalacağı mesajını versə də bunun uzun müddətli olacağı gözlənilmir. Və məhz bu səbəbdən də Brent markalı neftin 1 barelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq ciddi qiymət artımları müşahidə edilmədi: “Doğrudur, Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçki qabağı yeni sürprizlərin olmayacağına əmin deyillər. Bu isə o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq hələ də strateji məhsulların qiyməti təzyiq altındadır”.

 

Ekspert hesab edir ki, bu baxımdan neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil: “Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system