NAMAZ VAXTLARI:
  • FƏCR 06:35
  • GÜN 08:00
  • ZÖHR 12:51
  • ŞAM 18:02
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ Avropaya qarşı - müttəfiqlər arasında ziddiyyətli siyasət

Oxundu: 2258
ABŞ Avropaya qarşı - müttəfiqlər arasında ziddiyyətli siyasət

Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, ümumi narazılıq fonu Rusiya təhlükəsinə görə bir qədər gözləmə mərhələsində olacaq”

 

ABŞ prezidenti Donald Trampın hədələri bu dəfə Avropa İttifaqına yönəlib. Belə ki, BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər. Onun sözlərinə görə, İrana qarşı sanksiyalarla bağlı dərman və ərzağa görə istisnalar olsa da, Aİ-nin İranla ticarətində bu məhdudiyyətlərə qarşı hansısa pozuntular olsa, o zaman Ağ Ev istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazır olacaq.

 

Bir müddət əvvəl Avropa İttifaqının sanksiyalardan yayınmaq üçün xüsusi mexanizmlər hazırlamaq cəhdlərinə qəzəblə yanaşan Tramp administrasiyası istənilən başqa mexanizmlərin faydalı olmayacağını, səmərə verməyəcəyini bildirmişdi. Fransada baş verən son hadisələrdə ABŞ-ın əli olduğu barədə iddiaların gücləndiyi bir məqamda Trampın İrana görə Avropanı sanksiya tətbiq etməklə hədələməsi artıq onun "körpüləri yandırmağa" başladığına işarə edir. Şübhəsiz ki, baş verənlərdə ABŞ-ın barmağının olmağını heç kəs inkar edə bilməz. Lakin Avropanı açıq mətnlə təhdid etməsi artıq müttəfiqlər arasında soyuqluğun gərginliklə əvəzlənməkdə olduğunu göstərir.

 

Maraqlıdır, ABŞ-ın Avropa İttifaqına (Aİ) qarşı sanksiyalar tətbiq etməsi mümkündürmü? Bu sanksiyalar nədən ibarət ola bilər? Ümumiyyətlə Avropada ABŞ-dan qaçma meyllərinin baş qaldırdığı hazırkı döndəmdə Aİ ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər daha da kəskinləşə bilərmi?

 

"İslamınsəsi"-nin suallarını cavablandıran politoloq Məhəmməd Əsədullazadə vurğuladı ki, ABŞ-da Tramp hakimiyyətə gəldikdən sonra Avropa İttifaqı ilə ticari sahədə gömrük rüsumları tətbiq etməsi, iki müttəfiq arasında siyasi soyuqlaşmanın əsasını qoydu: "Qeyd edim ki, Avropa İttifaqı ilə ABŞ müttəfiqdi, siyasi-hərbi və iqtisadi sahədə partnyordular. ABŞ-ın Avropanı özündən daha da asılı vəziyyətə salmağa cəhd etməsi, həmçinin Avropa İttifaqı dövlətlərinin ABŞ-ın protektonarlığını artıq qəbul etməməsi ciddi böhrana gətirib çıxara bilər. Hazırda Fransa, Almaniya kimi İttifaqın siyasi-iqtisadi gücləri Avropa ordusunun yaradılmasına çalışır. Bu, ABŞ-dan tədricən asılılığı qaldırmağa hesablanıb”.

 

Politoloq hesab etdiyini bildirdi ki, gömrük sahəsində ABŞ-ın İttifaqa tətbiq etdiyi rüsumlar Avropanın iqtisadi vəziyyətinə mənfi təsir edə bilər: “Baxmayaraq ki, iki müttəfiq arasında bu kimi problemlər davam edir, amma onlar yaxın perspektivdə birgə əməkdaşlığa məcburdurlar. Avropa çalışır ki, ABŞ-sız müstəqil iqtisadi gücə malik olsun və öz hərbi qüvvələrini modern şəkildə qursun. Bu da təbii ki, münasibətlərin kəskinləşməsinə aparacaq. Hesab edirəm ki, ümumi narazılıq fonu Rusiya təhlükəsinə görə bir qədər gözləmə mərhələsində olacaq. Bir müddətdən sonra soyuq əlaqələr davam edəcək. ABŞ-ın əsas sanksiyaları maşınqayırma, ticarət və hərbi sənaye üzrə tətbuq edilə bilər”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system